Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin uzunmüddətli əsaslarla həlli üçün mühüm addımların atılmasının vacibliyini vurğulayıb.
Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott yazılı açıqlamada bildirib.
Sənəddə deyilir ki, dövlət katibi “Prezident Donald Trampın insan itkilərinə son qoymağa çağırışını təkrarlayıb” və “Moskvanın Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün mənalı addımlar atması” zərurətidir. (Tass)
