Ermənistan və ABŞ respublikanın Sünik rayonundan keçəcək və mahiyyət etibarilə materik Azərbaycandan Naxçıvana kommunikasiya marşrutuna çevriləcək “Tramp yolu”nun açılmasının təfərrüatlarını müzakirə etməyə başlayıblar. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda keçirdiyi brifinqdə deyib.
“Bu yaxınlarda Amerika nümayəndə heyəti Ermənistana səfər edib. Müzakirələr başlayıb və bu müzakirələr davam edəcək”, – o qeyd edib. (Tass)
