Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO tərəfdaşlarını Rusiya sərhədləri yaxınlığında hərbi təyyarə və gəmilərlə ehtiyatlı davranmağa çağırıb.
Sikorski YouTube-da yayımlanan Varşava Təhlükəsizlik Forumunun təhlükəsizlik konfransında deyib: “Məncə, indi Rusiya sərhədləri yaxınlığında hərbi təyyarələrimiz və gəmilərimizlə ehtiyatlı olmalıyıq; bizə qarşıdurmaya ehtiyac yoxdur”. (Tass)
