Rumıniyanın milli müdafiə naziri İonut Moşteanu ölkədə daha bir pilotsuz uçuş aparatının (PUA) aşkar edildiyini iddia edib.
O, Varşava Təhlükəsizlik Forumu çərçivəsində çıxış edərkən deyib: “Biz bu gün başqa birini (PUA) tapdıq. Mən bu barədə indicə mesaj aldım”.
Onun sözlərinə görə, vurulan PUA Ukrayna ilə sərhədə yaxın Dunay çayının deltasında aşkar edilib. Nazir hadisədə Rusiyanı günahlandırıb.
