Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanla sülh prosesində heç kimin tələblərini yerinə yetirmir.
Ermənistanın baş naziri Strasburqda jurnalistlərlə söhbətində deyib: “Ermənistanın başqasının tələbini yerinə yetirməsi ilə bağlı stereotip var. Ermənistan heç kimin tələbini yerinə yetirmir”.
O, həmçinin avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra görünən nəticələrin olmaması ilə razılaşmır.Ermənistan hökumətinin başçısı Bakı ilə İrəvan arasında sülh prosesini bir daha qayğı və diqqət tələb edən yeni doğulmuş uşaqla müqayisə edib. (Tass)
