Moldova parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının qərarları, o cümlədən partiyaların diskvalifikasiyası onların qərəzsizliyini şübhə altına alır. Bunu ATƏT-in müşahidəçilər missiyasının rəhbəri Paula Kardoso yekun mətbuat konfransında səsvermədən bir gün əvvəl Moldovanın ürəyi, Böyük Moldova və digər partiyaların seçkilərdən kənarlaşdırılmasını şərh edərkən deyib.
“Mərkəzi Seçki Komissiyasının mübahisəli məsələlərlə bağlı partiyanın mövqeyinə əsaslanan bəzi qərarları onun qərəzsizliyinə şübhələr yaratdı. Seçkilərə iki gün qalmış iki partiyanın “qeyri-qanuni maliyyələşdirmə” iddialarına görə diskvalifikasiya edilməsi qərarı onların vəziyyəti effektiv həll etmək imkanlarını məhdudlaşdırdı”, – Kardoso bildirib.
