İyun 24, 2026-15:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Ramin Məmmədovun Amerika Birləşmiş Ştatlarına səfəri davam edir

2025:10:08 - 18:00
in Din və fəlsəfə
A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Yurd.Media xəbər verir ki, səfər çərçivəsində Ramin Məmmədov Kem C. Qardner adına Siyasət İnstitutunun  direktoru Natali Qoçnur ilə görüşüb. Komitə sədri ölkəmizdə dini təhsilin inkişafının önəmi, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət istiqamətləri barədə danışıb.  Qeyd edib ki, dini təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə müxtəlif ölkələrin təhsil müəssisələri ilə əlaqələr qurulur, tələbə  mübadiləsi həyata keçirilir, ortaq tədqiqat layihələri icra olunur.

İnstitutun icraçı direktoru Natali Qoçnur ölkəmizdə dini müxtəliflik, tolerantlıq və mədəni harmoniya prinsiplərinin dövlət siyasətinin ayrılmaz hissəsi kimi həyata keçirilməsini təqdirəlayiq nümunə adlandırıb. İnstitutun beynəlxalq tərəfdaşlarla əməkdaşlığa böyük önəm verdiyini bildirən N.Qoçnur Azərbaycan təcrübəsinin dinlərarası dialoq, mədəni müxtəliflik və sosial inteqrasiya sahəsində xüsusi maraq doğurduğunu qeyd edib.

 

 

Komitə sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Təhsil üzrə İdarə Heyətinin katibi Kelli Hos və Kilsənin Xeyriyyəçilik Mərkəzinin direktoru Şeron Yubenk ilə də görüşüb. Görüşlərdə Azərbaycandakı dövlət-din münasibətləri, dini sahədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib, eləcə də dini təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Yuta Dünya Ticarət Mərkəzinin icraçı direktoru Conatan Fridmanla baş tutan görüşdə isə dinlərarası dialoq və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

“Sevil” kinofilmi 55-ci ildönümünü qeyd edir

Növbəti Yazı

Babiş: Çexiya Ukraynaya silah üçün dövlət büdcəsindən vəsait ayırmayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.