Çexiya dövlət büdcəsindən Ukraynaya bir tac da ayırmayacaq və əvəzində Avropa İttifaqı vasitəsilə ölkəyə dəstək verəcək. Bu barədə Çexiyanın baş nazirliyinə namizəd, ölkədə keçirilən parlament seçkilərində qalib gəlmiş ANO (Narazı Vətəndaşların Fəaliyyəti) siyasi hərəkatının sədri, Çexiya hökumətinin keçmiş rəhbəri Andrey Babiş məlumat verib. Siyasətçinin bəyanatının videosu Novinky xəbər portalının saytında yerləşdirilib.
“Əgər biz yeni hökumətdə olsaq, deyəcəyik: “Çexiya silah zavodları, Ukraynaya silah ixrac etmək istəyirsinizsə, bununla bağlı heç bir problemimiz yoxdur, amma pulu birbaşa dövlət büdcənizdən verəcəyik deyib Babiş. “Bizim Çexiya üçün pulumuz belə yoxdur. Düşünürəm ki, biz Ukraynaya birbaşa kömək etmişik, indi də Aİ vasitəsilə kömək edəcəyik”. (Tass)
