İyun 24, 2026-16:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda 300-ə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

2025:10:09 - 12:25
in İQTİSADİYYAT
A A

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı texnikalarının qeydiyyatı və texniki nəzarəti istiqamətində şəffaflığın artırılması və idarəetmənin rəqəmsallaşdırılması məqsədilə bir sıra yeniliklər tətbiq olunub. Ötən ildən etibarən Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” adlı daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. Bu sistem vasitəsilə kənd təsərrüfatı texnikalarının qeydiyyatı daha çevik və nəzarətolunan şəkildə həyata keçirilir. Bu günə qədər muxtar respublika üzrə 146-sı ilkin, 151-i isə təkrar qeydiyyat olmaqla, ümumilikdə, 297 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda, 11 texnika istismara yararsız olduğuna görə uçotdan çıxarılıb, 394 nəqliyyat vasitəsinə isə dövlət texniki baxışı keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səbuhi Həsənov deyib.

O qeyd edib ki, yeni yanaşmalardan biri də mexanizatorların elektron sistem üzrə imtahanlara cəlb edilməsidir. Ötən il ilk dəfə tətbiq olunan bu sistem vasitəsilə 131 mexanizator imtahan verərək traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqəsi əldə edib. Həmçinin 252 vəsiqə yenilənib.

“Texniki baxış və qeydiyyat proseslərinin daha əlçatan olması üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən vətəndaşlara səyyar xidmətlər göstərilir. Cari ilin əvvəlindən etibarən Şərur, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarından olan texnika istifadəçiləri üçün bu xidmətlər təşkil olunub”- nazirliyin rəsmisi əlavə edib.

Əvvəlki Yazı

Bərdənin Güloğlular kəndində 712 fərdi yaşayış evi içməli su ilə təmin olunub

Növbəti Yazı

AMB: Virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.