“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən fintex forumunda (“Baku Fintech Forum 2025”) bildirib.
Onun sözlərinə görə, bu, AMB-nin prioritetlərindən biridir: “Ümumiyyətlə bazarla daha sıx çalışmağı planlaşdırırıq”.
AMB rəsmisi qeyd edib ki, növbəti ildən yeni strateji dövrə hazırlıq başlayacaq: “Bir-iki istiqamət var ki, onları prioritet kimi görürük. Virtual aktivlərlə bağlı işlər təkcə qanun layihəsinin hazırlanması ilə bitmir. Bunun həyata keçirilməsi ilə bağlı çoxlu planlarımız var”.
