ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə namizəd olan general Kennet Uilsbek ABŞ-da daha çox ukraynalı pilotun F-16 qırıcı-bombardmançı təyyarələrini idarə etmək üçün təlim keçməsini asanlaşdırmağa, eləcə də yeni əks-dron imkanlarının Kiyevə ötürülməsinə hazır olduğunu bildirib.
“Bəli, mən hazıram”, – o, senatorun yuxarıda adı çəkilən təyyarələrdən döyüş istifadəsində ukraynalı pilotlar üçün ABŞ-ın təlim proqramını gücləndirmək və genişləndirmək niyyətində olub-olmaması ilə bağlı sualına cavab verib. Uilsbek onun namizədliyini nəzərdən keçirmək üçün Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edib.
General Kiyev üçün yeni əks-dron silahları axtarmağa hazır olub-olmadığı sualına müsbət cavab verib. “Bəli, məmnun olaram” dedi. Uilsbek həmçinin təyyarələr tərəfindən istifadə oluna biləcək yeni elektron müharibə sistemlərinin Ukraynaya ötürülməsini asanlaşdırmağa hazır olduğunu bildirib. (Tass)
