Aprel 26, 2026-23:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Daxili qoşunlar haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib

2025:10:10 - 14:09
in SİYASƏT
A A
Milli Məclis yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Yeni layihədə daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.

Sənəd altı fəsil, otuz maddədən ibarətdir.

Müzakirədə qeyd edilib ki, hazırda Azərbaycanın daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş “Daxili qoşunların statusu haqqında” qanunu ilə tənzimlənir.

Bildirilib ki, təklif olunan yeni qanun layihəsinin qəbulu ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə əsasən, normayaratma texnikasına uyğun hazırlanıb.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əvvəlki Yazı

Britaniya atəşkəs rejiminə nəzarət etmək üçün Qəzzaya qoşun göndərməkdən imtina edib

Növbəti Yazı

Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.