Braziliya prezidenti Luiz İnasio Lula da Silva hesab edir ki, Qəzza zolağında sülhün əldə olunması Ukraynadakı münaqişənin həlli üçün imkanlar yaradır.
“Rusiya və Ukrayna arasındakı müharibəni necə həll etmək barədə də düşünməyin vaxtı çatıb”, – Braziliya lideri Romada mətbuat konfransı zamanı qeyd edib. O hesab edir ki, Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq mümkündür, lakin bu, çətin məsələdir. “Düşünürəm ki, bütün dünya bundan (münaqişədən ) yorulub. Bu, müharibə edən tərəflərin özləri üçün çox çətin olub”, – prezident bildirib.
Sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüşdə Lula da Silva Vladimir Zelenskiyə deyib ki, Ukraynada sülhə yalnız danışıqların sürətlə başlaması ilə nail olmaq olar.
