Qəzza zolağında atəşkəs razılaşmasının rəsmi imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən “sülh sammiti”nin iştirakçıları sazişin müddəalarının həyata keçirilməsi üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəftərxanasının sammitin yekunları üzrə dərc etdiyi sənəddə deyilir.
“Zirvə görüşündə beynəlxalq ictimaiyyətin sazişin müddəalarının həyata keçirilməsi üçün bütün zəruri resursların təmin edilməsində əməkdaşlıq etməsinin zəruriliyi vurğulanıb”, – mətndə deyilir.
