İyul 8, 2026-16:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Umayra Tağıyeva: “Azərbaycanda çoxriskli erkən xəbərdarlıq sistemi yaradılacaq”

2025:10:17 - 11:43
in HADİSƏ
A A
Azərbaycanda çoxriskli erkən xəbərdarlıq sistemi yaradılacaq.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, belə sistemlərin əsas sütunu hidrometeoroloji müşahidə şəbəkəsinin müasirləşdirilməsidir: “Hədəfimiz 2027-ci ilə qədər effektiv erkən xəbərdarlıq sistemi yaratmaqdır. Odur ki, hökumət müşahidə şəbəkəsinin modernləşdirilməsinə böyük sərmayələr yatırır. Hazırda Azərbaycanın sıx meteoroloji müşahidə sistemi mövcuddur və son beş ildə onların 73 %-i avtomatlaşdırılaraq müasir texnologiyalarla, o cümlədən atmosferdəki yağıntıları (yağış, qar, dolu) və küləkləri müşahidə edib izləməsi üçün “Doppler” radioları ilə təchiz olunub. Bütün məlumatlar vahid situasiya mərkəzinə inteqrasiya olunur”.

Nazir müavini əlavə edib ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Yaşıl İqlim Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda iqlim məlumatlarının gücləndirilməsi, çoxriskli erkən xəbərdarlıq sisteminin qurulması üzrə genişmiqyaslı layihənin icrası nəzərdə tutulur: “Artıq layihə təklifi hazırlanıb, Yaşıl İqlim Fondu onu təsdiqləyib”.

U. Tağıyeva vurğulayıb ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarında şəhərlərin dayanıqlığının əsas təməl daşlarından biri məhz erkən xəbərdarlıq sistemlərinin qurulması göstərilir: “Dünya Meteorologiya Təşkilatının məlumatına görə, 24 saat əvvəl verilən xəbərdarlıq fəlakətlərin yaratdığı zərərləri 30 % azalda bilər”.

Əvvəlki Yazı

MM Prezident və Birinci xanıma Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Növbəti Yazı

Məlahət İbrahimqızı: Dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev qanun qarşısında cavab verəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.