İyul 8, 2026-16:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Məlahət İbrahimqızı: Dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev qanun qarşısında cavab verəcək

2025:10:17 - 11:44
in SİYASƏT
A A
Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə cılız və hakimiyyət hərisləri olsa belə iki yüz illik dünya erməniliyini, erməni lobbisini və işğalçı Ermənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər.

“Report”un məlumatına görə, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycan xalqı hətta ölkənin ən çətin günlərində, 1994 və 1995-ci illərdə baş verən dövlət çevrilişlərində belə Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sarsılmaz birlik numayiş etdirib:

“Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də dövlətimizin qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir”.

Deputat bəyan edib ki, Azərbaycan xalqı, gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaq:

“Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək. Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir və bu birlik belə də davam edəcək”.

Əvvəlki Yazı

Umayra Tağıyeva: “Azərbaycanda çoxriskli erkən xəbərdarlıq sistemi yaradılacaq”

Növbəti Yazı

Azərbaycan daha bir konvensiyaya qoşulur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.