Rusiya-ABŞ sammiti geniş hazırlıq tələb edir, ona görə də dəqiq tarixlər müəyyən edilməyib. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya-ABŞ sammitinə hazırlıq lazımdır, ciddi hazırlıq lazımdır. Siz həm Amerika tərəfdən, həm də bizim tərəfdən bunun vaxt apara biləcəyi ilə bağlı bəyanatlar eşitmisiniz. Ona görə də ilkin olaraq dəqiq vaxt təyin olunmayıb”, – Peskov CNN-in sammitin guya təxirə salınacağı ilə bağlı xəbərini şərh edərkən deyib. (Tass)
