Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Budapeştdə keçiriləcək Rusiya-Amerika sammitində hansısa Aİ ölkəsinin iştirak edəcəyi barədə danışmaq hələ tezdir.
Bəzi Aİ ölkələrinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammitə qatılmaq istədiyini iddia edən Politico hesabatını şərh edən Peskov, “Bu barədə danışmaq yəqin ki, tezdir. Bu detalların heç biri hələ müzakirə olunmayıb” deyib. (Tass)
