Ukrayna Ali Radası hərbi vəziyyətin və səfərbərliyin 5 noyabrdan 90 gün və ya 2026-cı il fevralın 3-dək uzadılmasını nəzərdə tutan qanun layihələrini təsdiqləyib.
Bundan başqa, sənədlərin qüvvəyə minməsi üçün onları Radanın spikeri Ruslan Stefançuk və Vladimir Zelenski imzalamalıdır.
Ukraynada ilk dəfə 2022-ci ilin fevralında tətbiq edilən hərbi vəziyyət və səfərbərlik rejimləri 17-ci dəfə uzadılıb. (Tass)
