Avropa liderləri və Aİ rəhbərliyi ABŞ prezidenti Donald Trampın Ukraynada hərbi əməliyyatları dayandırmaq, mövcud təmas xəttini saxlamaq və ərazi məsələlərində sonradan razılıq əldə etmək təklifini dəstəkləyib. Bu barədə Avropa Komissiyası, Avropa Şurası, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Polşa, Norveç, Finlandiya və Fransa liderləri, həmçinin Vladimir Zelenski Finlandiya Prezidentinin ofisinin yaydığı birgə bəyanatda bildirib.
“Biz prezident Trampın [Ukraynada] hərbi əməliyyatların dərhal dayandırılması və hazırkı təmas xəttinin danışıqların başlanğıc nöqtəsinə çevrilməsi ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyirik”, – sənəddə deyilir.
Tramp bundan əvvəl “Fox News” telekanalına müsahibəsində bildirmişdi ki, Ukraynadakı münaqişəyə son qoyulması Kiyev üçün ərazi itkisi demək olacaq. (Tass)
