Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketi ilə bağlı razılığa gəliblər. Bu barədə “Reuters” Aİ Şurasında Danimarka sədrliyinə istinadən məlumat yayıb.
Sədrlikdən hələlik rəsmi təsdiq yoxdur.
Sanksiyaların qüvvəyə minməsi üçün onlar Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir. (Tass)
