Birləşmiş Ştatlar Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün müəyyən Qərb raketlərindən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb. Bu barədə ABŞ administrasiyasının rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Onların məlumatına görə, bu addım Kiyevin Pentaqonun rəhbəri Pit Heqsetdən NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ generalı Aleksus Qrinkeviçə Kiyevin bu cür zərbələrə yenidən baxılması səlahiyyətinin verilməsindən sonra atılıb.
Vaşinqton gözləyir ki, Ukrayna Silahlı Qüvvələri indi Britaniyanın “Storm Shadow” hava-yer raketlərindən daha çox istifadə edəcək. Nəşrin qeyd etdiyi kimi, ABŞ Kiyevin bu tip silahlardan istifadəsini tənzimləmək imkanına malikdir, çünki o, hədəf almaq üçün Amerika kəşfiyyatına arxalanır.
Ağ Ev hələlik TASS-ın The Wall Street Journal-ın məlumatının doğru olub-olmadığını dəqiqləşdirmək və ya məsələ ilə bağlı əlavə şərh vermək tələbinə cavab verməyib. (Tass)
