Argentina prezidenti Xavyer Miley yeni xarici işlər naziri vəzifəsinə hazırda iqtisadiyyat nazirinin müavini olan Pablo Quirnonu təyin etmək qərarına gəlib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Yeni xarici işlər naziri maliyyə departamentinin rəhbəri və ölkə tarixində ən böyük böhrandan qaçmağı bacaran iqtisadi komandanın əsas üzvü Pablo Quirno olacaq”, – deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, Miley bununla da “Xarici İşlər Nazirliyi ilə İqtisadiyyat Nazirliyi arasında əlaqəni və hökumətinin bazar tərəfdarı mövqeyini gücləndirir”.
Mətndə deyilir: “Yeni xarici işlər naziri Argentinanın Qərb ölkələri arasında yerini gücləndirmək məqsədi ilə beynəlxalq ittifaqlar qurmağa davam edəcək”. (Tass)
