Avropanın “Politico” nəşri Aİ sammitindəki mənbələrə istinadən xəbər verir ki, Rusiya aktivlərinin qondarma təzminat krediti sxemi çərçivəsində ekspropriasiya qərarı Belçikanın müqaviməti səbəbindən Aİ-nin dekabrda keçiriləcək sammitinə qədər təxirə salınıb.
“Təzminat krediti üzrə heç bir irəliləyiş əldə olunmayıb. Yekun bəyanatın mətni sadəcə olaraq Avropa Komissiyasına öz yeni təkliflərini dekabrda keçiriləcək Aİ sammitində təqdim etməyi tapşırır”, – nəşr qeyd edib.
