ABŞ prezidenti Donald Trampa neft sektorunda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi məsləhət görənlər ABŞ-ın özünə qarşı işləyirlər. Bunu jurnalistlərlə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
O, Trampla dünya bazarında Rusiya nefti ilə bağlı vəziyyəti müzakirə etdiyini bildirib.
“Qlobal bazarda neft və neft məhsullarımızın tədarükü kəskin şəkildə azalarsa, bu, neft və neft məhsullarının, o cümlədən yanacaqdoldurma məntəqələrindəki qiymətlərin kəskin artmasına gətirib çıxaracaq – və ABŞ da istisna deyil. ABŞ-da daxili siyasi təqvimi nəzərə alsaq, bu baxımdan bəzi proseslərin nə qədər həssas olacağı aydındır. Və hazırkı [ABŞ] rəhbərliyini bu cür qərarlar qəbul etməyə sövq edənlər anlayırlar”. dövlət başçısı qeyd edib.
