ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton Ottava ilə ticarət danışıqlarını Kanada rəsmilərinin tarifləri tənqid edən reklam üçün pul ödədiyi üçün dayandırıb.
Amerika liderinin “Truth Social” sosial şəbəkəsində xəbər verdiyi kimi, reklam çarxında ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın “tariflərdən mənfi danışması” əks olunub. “Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına təsir etmək üçün ediblər”, – Tramp əlavə edib. “Tariflər ABŞ-ın milli təhlükəsizliyi və ABŞ iqtisadiyyatı üçün çox vacibdir. Bu zərərli hərəkətlərə görə Kanada ilə bütün ticarət danışıqları artıq dayandırılıb”, – Vaşinqton administrasiyasının rəhbəri vurğulayıb. (Tass)
