İyul 9, 2026-2:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbaycana təhvil veriləcək

2025:10:24 - 10:00
in SİYASƏT
A A
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Türkiyə mediası: Qafandan Naxçıvana qədər xətt Azərbaycana qaytarılır!” adlı süjetdə Ermənistan Zəngəzur (Sünik) bölgəsində, təqribən 1 200 kvadratkilometr ərazini Azərbaycana təhvil verəcəyindən, bununla bağlı “böyük regional normallaşma anlaşması” planının hazırlanmasından bəhs edilir.

Bildirilir ki, Türkiyə mediasında yayılan bu iddia Ermənistanda bomba effekti yaradıb. Erməni ekspertlər hesab edirlər ki, Bakı və İrəvan arasında pərdəarxası razılaşmalar var. Bu razılaşmalara əsasən Zəngəzur dəhlizinin keçəcəyi ərazilər Azərbaycanın nəzarətində olacaq. Plana görə, Zəngəzur bölgəsində Qafan şəhərindən başlayaraq, Naxçıvana qədər uzanan xətdə 1200 kvadratkilometr ərazi Azərbaycana veriləcək. Bununla yanaşı, Əlican sərhəd-keçid məntəqəsi ilə Marqara keçid məntəqəsi yaxınlığında kiçik ərazi “təhlükəsizlik bölgə” kimi Türkiyənin idarəetməsinə keçəcək. Bu məlumat fonunda Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin xəritəsini hazırlaması və yerlərin tarixi adlarla qeyd olunması İrəvanda narahatlıq doğurub.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Əvvəlki Yazı

Tramp: ABŞ seçki saxtakarlığı ilə bağlı Kanada ilə danışıqları dayandırır

Növbəti Yazı

Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.