Ağ Ev rəsmiləri Fələstinin HƏMAS hərəkatının rəhbərliyinə öz silahlı qüvvələrinin Qəzza zolağının İsrailin nəzarətində olan ərazilərindən radikalların nəzarətində olan ərazilərə təhlükəsiz keçidini təmin etməyi təklif edib. Bu barədə mənbələrə istinadən Axios məlumat yayıb.
Onların fikrincə, Amerikanın təklifi atəşkəsin pozulması və HƏMAS tərəfdarları ilə İsrail ordusu arasında silahlı toqquşmaların yenidən alovlanması riskinin qarşısını almaq məqsədi daşıyır. Təklifi Amerika tərəfi Misir və Qətər vasitəçiləri vasitəsilə çatdırıb.
İsrail Müdafiə Qüvvələrindəki (IDF) mənbələrə görə, onlarla silahlı Həmas tərəfdarı hələ də İsrail qüvvələrinin nəzarətində olan ərazilərdə yeraltı tunellərdə qalır.
Oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzzada atəşkəs oktyabrın 10-dan qüvvəyə minib.
