ABŞ administrasiyası Venesuelada narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi iddia edilən obyektləri müəyyən edib və onlar hava hücumları üçün hədəf ola bilər. Bu barədə ABŞ rəsmilərinə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Wall Street Journal-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp hələlik hücumla bağlı yekun qərarını verməyib. Qəzet qeyd edir ki, potensial hava hücumlarına “hərbçilər tərəfindən nəzarət edilən” limanlar və hava limanları daxil ola bilər.
