ABŞ prezidenti Donald Tramp Venesuelaya zərbə endirmək planlarını təsdiq və ya təkzib etməkdən imtina edib, lakin ABŞ-ın bu ölkə ilə müharibəyə doğru getdiyinə şübhə etdiyini bildirib. O, bu barədə CBS News- a müsahibəsində bildirib .
ABŞ-ın “Gerald Ford” təyyarədaşıyan gəmisinin Karib hövzəsinə yerləşdirilməsindən sonra Venesuela ilə müharibəyə gedəcəyi ilə bağlı suala prezident “Mən buna şübhə edirəm. Mən belə düşünmürəm” cavabını verib. Bununla belə, jurnalist Venesuela ərazisinə mümkün zərbələrin endirilməsi ilə bağlı xəbərlərin doğruluğunu soruşduqda, Tramp sualdan yayınıb: “Bunu sizə deməyəcəm. Bunun doğru olub-olmadığını demirəm. Zərbə edib-etməyəcəyimi müxbirlə müzakirə etmirəm”. (Tass)
