ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ və Çin ticarət əlaqələrinin kəskinləşməsi zamanı bir qədər irrasional hərəkət ediblər.
“Onların gücü nadir torpaq metallarına sahib olmalarındadır. Onlar bundan bizə qarşı istifadə edirdilər, biz isə digər (təzyiq rıçaqları), xüsusən də təyyarə hissələrini istifadə edirdilər”, – o, CBS News- a müsahibəsində deyib . “Onların yüzlərlə “Boeing” təyyarəsi var, biz onları ehtiyat hissələri ilə təmin etməzdik. Ola bilsin ki, hər iki tərəf bir az məntiqsiz hərəkət edib”.
Oktyabrın 9-da Çinin Ticarət Nazirliyi nadir torpaq metallarının və əlaqəli texnologiyaların ixracına nəzarətin gücləndirilməsi ilə bağlı iki sənəd dərc edib. Oktyabrın 10-da Donald Tramp ABŞ-ın noyabrın 1-dən və ya daha əvvəldən Çin məhsullarına əlavə 100% tariflər, eləcə də proqram təminatına ixrac nəzarəti tətbiq edəcəyini açıqladı. O, həmçinin Çinə digər malların, ilk növbədə təyyarə hissələrinin tədarükünə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib. (Tass)
