Erməni qaçqınlarının Dağlıq Qarabağa potensial qayıdışı Ermənistanla Azərbaycan arasında yaradılmış sülhə təhlükə yarada bilər. Bu barədə İrəvanda baş nazir Nikol Paşinyan bildirib.
“Mən Dağlıq Qarabağdan didərgin düşmüş bacı və qardaşlarımızın qayıtmasını sülh üçün risk hesab edirəm. Mən də dedim ki, bu məsələ, məcburi köçkünlərin geri qayıtması ümumilikdə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, – o qeyd edib. (Tass)
