İyun 25, 2026-14:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan “İnsan resurslarının idarə edilməsi” mövzusunda beynəlxalq forumda iştirak edib

2025:11:04 - 11:02
in İQTİSADİYYAT
A A

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “İnsan resurslarının idarə edilməsi” forumu keçirilib.

Teleqraf xəbər verir ki, Dövlət Vergi Xidmətini (DVX) tədbirdə qurumun İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev, həmin baş idarənin şöbə rəisi Ülviyyə Hacıyeva və Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova təmsil ediblər.

Tədbirdə vergi orqanlarında innovasiyaları və adaptasiyanı təşviq etməyə yönəlmiş öyrənmə və inkişaf sahəsindəki irəliləyişlər və təcrübələr təqdim olunub. Qlobal tendensiyaların gələcək iş şəraitinə təsiri, sürətlə inkişaf edən texnoloji yeniliklər, dəyişən əmək bazarı demoqrafiyası, korporativ dəyərlər və iş mühiti ilə bağlı yeni gözləntilər şəraitində insan resursları mütəxəssislərinin üzərinə düşən vəzifələr və bu dəyişikliklərə hazırlıq məsələləri müzakirə edilib. Davamlı öyrənmə, inkişaf və innovasiya mədəniyyətinin təşviqi, rəqəmsal bacarıqların aşılanması, yumşaq bacarıqların inkişafı, liderlik qabiliyyətinə fokuslanmaq, təşkilatların sürətlə dəyişən mühitin çağırışlarını qarşılamağa və vergi işçiləri üçün zəruri bilik və bacarıqları effektiv şəkildə təmin etməyə yönəlmiş mexanizmlər diqqətə çatdırılıb.

Forumda insan kapitalına dair yeni tələblər, rəqəmsal səriştələr, süni intellektin tətbiqi imkanları, təlimçi bazasının formalaşdırılması və müasir trendlərə uyğunlaşma strategiyaları barədə fikirlər səsləndirilib. Tədbir çərçivəsində süni intellektin tətbiqi və təlimçilərin formalaşdırılması barədə qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüblər.

Forum zamanı İsveçrə, Fransa, Finlandiya, Belçika, Macarıstan, Ukrayna, Bolqarıstan, Yunanıstanın və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının vergi sahəsində insan resurslarının idarə edilməsi barədə təcrübələri təqdim edilib.

Əvvəlki Yazı

Paşinyan: Ermənilərin Qarabağa qayıtması sülh üçün təhlükə yarada bilər

Növbəti Yazı

“Bakı Metropoliteni”nin yeni xidməti istifadəyə verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.