Rusiya silahlanma yarışında iştirak etmir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz silahlanma yarışında iştirak etmirik; biz öz silah sistemlərimizi və çatdırılma sistemlərimizi inkişaf etdiririk. Bu, sistemli işdir və mövcud vəziyyətlə əlaqəli deyil”, – Peskov bildirib.
“Siz başa düşürsünüz ki, bizimki kimi sıçrayışlı texnologiyaları bir neçə il ərzində inkişaf etdirmək mümkün deyil. Bu iş ondan çox əvvəl başlayıb. Ona görə də biz heç bir silahlanma yarışında iştirak etmirik”, – Kreml sözçüsü yekunlaşdırıb.
(Tass)
