Rusiya dünyanın ən qabaqcıl nüvə triadasına sahibdir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bizim nüvə triadamız yeniləndi. Bu, mahiyyət etibarı ilə dünyada ən yeni nüvə triadasıdır. Təhlükəsizliyimizi etibarlı şəkildə təmin etmək üçün geniş işlər görülüb”, – o deyib.
