May 31, 2026-14:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirilib

2025:11:13 - 15:25
in SOSİAL
A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev belə tədbirlərin radiasiya təhlükəsizliyi sahəsində əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Xəzər Əmiraslanov agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər, həmçinin sahibsiz radioaktiv mənbələrlə davranış sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat verib.

Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr və onların aşkar edilməsi, sahibsiz radioaktiv mənbələrlə davranış zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub.

Tədbir zamanı agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularla təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.

Əvvəlki Yazı

Koreya Respublikası ilə aqrar sahədə universitetlərarası əlaqələrin yaradılması müzakirə olunub

Növbəti Yazı

Azərbaycan Özbəkistandakı biznes forumda 30 şirkətlə təmsil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.