May 31, 2026-15:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan hərbi müdafiə üçün lazım olan bütün komponentlərə malikdir – ŞƏRH

2025:11:13 - 17:15
in SİYASƏT
A A

Azərbaycan Vətən müharibəsində əldə etdiyi Qələbədən keçən 5 il ərzində ordunun arsenalına bir sıra müasir silah sistemlərini daxil edib. Bundan əlavə, ölkəmiz elit qüvvələrinin, o cümlədən xüsusi təyinatlı qoşunlarının say tərkibini artırıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov bildirib.

O deyib ki, Azərbaycan həm silah idxalını, həm şəxsi heyətin sayının artırılmasını, həm də yerli müdafiə sənayesinin inkişafını diqqət mərkəzində saxlayır. Ölkəmiz Silahlı Qüvvələri çoxşaxəli, müasir və inteqrasiya edilmiş yüksəksəviyyəli əməliyyat potensialına malik olmaqla, regionda geosiyasi nizam yaradan qüvvə kimi özünü təqdim edir: “Azərbaycanın silahlandırma siyasəti özümüdafiə strategiyasına əsaslanır və silahlarla yanaşı, şəxsi heyətin peşəkarlığını, kəşfiyyat orqanlarının funksiyalarını özündə birləşdirir. Yəni Azərbaycan hərbi müdafiə üçün lazım olan bütün komponentlərə malikdir. Bu, getdikcə qütbləşən qlobal nizamda sabitliyin, təhlükəsizliyin qorunmasının komponenti kimi diqqətəlayiq əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan regionda dəyişən güc dinamikaları fonunda özünün silahlı və kəşfiyyat vasitələrini yüksəltməklə daha geniş məqsədləri elan etmiş olur”.

Aqşin Kərimov xatırladıb ki, Azərbaycan ordunun arsenalına ən müasir pilotsuz uçuş aparatlarını, zərbə dronlarını daxil edib. Hərbi paradda bu siyahının genişlənməsi əyani şəkildə nümayiş olunub: “Azərbaycanın balansında qabaqcıl “İce Breaker” zərbə bacarığına malik raket xüsusi diqqət çəkir. Bu raket quru və dəniz hədəflərinə qarşı əhəmiyyətli yüksək dəqiqlikli zərbə performansını təmin edən sistemə malikdir. Göründüyü kimi, Azərbaycan təkcə quru sərhədlərinin deyil, ərazi sularının da müdafiəsi üçün lazım olan vasitələri özünün hərbi arsenalına daxil edib. Bundan əlavə, hücum silahları ilə bərabər, müdafiə sistemləri, o cümlədən hava hücumundan müdafiə sistemləri ölkəmizin balansında əhəmiyyətli yer tutur. Bütün bu amillər Azərbaycanın hərtərəfli strateji müdafiə qabiliyyətini vurğulamağa imkan yaradır”, – deyə siyasi şərhçi vurğulayıb.

Əvvəlki Yazı

Siyasi şərhçi: ABŞ-Azərbaycan münasibətləri strateji səviyyəyə yüksəlib

Növbəti Yazı

Türkiyə-Azərbaycan-Pakistan birliyi təhlükəsizlik çərçivəsini aşaraq sülhə xidmət edir ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.