Serbiya prezidenti Aleksandar Vuçiç Fransa prezidenti Emmanuel Makronla üç saatlıq görüşdə silah və ya sursat tədarükü deyil, Ukraynada sülhün əldə edilməsi imkanlarını müzakirə etdiyini bildirib.
Parisdəki danışıqlardan sonra o, jurnalistlərə deyib ki, söhbətdə strateji məsələlər və gələcək addımlar müzakirə olunub. “Biz strateji məsələləri və qarşıdakı dövrdə bizi nələrin gözlədiyini müzakirə etdik”, – Vuçiç vurğulayıb.
Serbiya prezidenti görüşdə hərbi təchizat məsələsinin müzakirə olunmadığına diqqət çəkib. “Biz Ukraynadakı vəziyyəti müzakirə etdik. İnanın, ya inanmayın, biz silah və ya sursat haqqında danışmadıq. Sülhdən, sülhün nə vaxt və necə əldə olunacağından danışdıq. Bu, mənə böyük ümid verir”, – deyə o, yekunlaşdırıb.
