Fransa hakimiyyəti Kiyev rejimini silahlandırmaqda davam edir və heç bir şəkildə sülhə töhfə vermir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisin Ukraynaya 100 “Rafale” qırıcısı tədarük etmək planlarını şərh edərkən deyib.
“Fransa Kiyev rejimini silahlandırmaqda davam edir. Fransa bunu indi edir və sabah da etməyi planlaşdırır. Təəssüf ki, Paris heç bir şəkildə sülh işinə töhfə vermir. Paris hazırda müharibə və müharibə tərəfdarı əhval-ruhiyyəni gücləndirir”, – Kreml sözçüsü bildirib. (Tass)
