Rusiya Ukrayna ilə danışıqlara açıqdır və Moskvanın mövqeyi Vaşinqtonda, İstanbulda və Kiyevdə bəllidir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya danışıqlar prosesinə açıq olaraq qalır. Bizim mövqeyimiz hamıya məlumdur, İstanbulda yaxşı məlumdur, Kiyevdə də yaxşı tanınır”, – Peskov TASS-ın Ukraynanın danışıqları davam etdirməyə hazır olması ilə bağlı Rusiyaya hər hansı məlumat ötürməsi ilə bağlı sualını cavablandırarkən deyib. (Tass)
