İtaliyanın baş naziri Giorgio Meloni-nin Vaşinqtona getməsi faktı təsdiqini tapmayıb. Daha əvvəl İsveçrənin “Le Temps” qəzeti Finlandiya prezidenti Aleksandr Stubbın yaxın adamlarına istinadən yazıb ki, Finlandiya lideri və Meloni Vaşinqtona yollanıblar.
İtaliya mətbuatında xəbərin təsdiqi yoxdur. TASS və məlumatlı Avropa diplomatik mənbələri bunu təsdiqləməyib. Agentliyin mənbələri xatırladıb ki, İtaliyanın baş naziri və Stubb ötən gün ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıblar. Daha sonra Yohannesburqda keçirilən G20 sammitindən sonra jurnalistlərə açıqlama verən Meloni deyib ki, Amerika lideri Ukrayna sülh planına Avropanın düzəlişlərini müzakirə etməyə hazırdır. O, həmçinin qeyd edib ki, Avropa liderləri “əks təklif” üzərində işləmir, lakin ABŞ-ın təklifini əsas götürürlər.
Meloni Anqolanın paytaxtı Luandada açılan Afrika İttifaqı-Aİ sammitində avropalı həmkarları ilə əlaqələrin davam etdirilməsindən danışıb. Tədbirdə İtaliyanın baş nazirinin sülh, təhlükəsizlik və çoxtərəfli idarəçilik mövzusunda sessiyada çıxışı planlaşdırılır. (Tass)
