Cenevrədəki danışıqlardan sonra Vaşinqton administrasiyası və Kiyev Amerikanın Ukraynadakı münaqişənin həlli planını təşkil edən bəndlərin əksəriyyətində razılığa gəliblər. Bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
O, Cenevrə danışıqlarına istinad edərək qeyd edib ki, “nəhayət, bu məqamların böyük əksəriyyəti üzrə razılıq əldə olunub”. “Ukrayna tərəfi bizimlə ifadələr üzərində işləyib”. “Buna görə də biz vəziyyətin çox yaxşı olduğuna inanırıq. Əlbəttə, biz bütün məqamlar üzrə razılığı təmin etməliyik”, – Leavitt əlavə edib.
