ABŞ administrasiyası ümid edir ki, Rusiya Ukrayna böhranının həlli üçün hazırda hazırlanan planın şərtləri ilə razılaşacaq. Bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
O qeyd edib ki, Amerika tərəfi hazırda Ukrayna ilə razılaşmanın şərtləri üzərində işləyir. “Əlbəttə, biz bütün bu məqamların razılaşdırılmasını təmin etməliyik. Və sonra, əlbəttə ki, bu müharibənin qarşı tərəfi olan rusların da onlarla razılaşmasını təmin edəcəyik”, – o deyib.
