İyun 8, 2026-9:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qubada Hüseyn Əfəndi Qayıbzadənin 195 illiyinə həsr olunan respublika elmi konfransı keçiriləcək

2025:11:25 - 12:26
in SOSİAL
A A
Qubada Azərbaycan maarifçilik tarixində mühüm rol oynayan Qafqaz müftisi, görkəmli din xadimi, pedaqoq və maarifçi Hüseyn Əfəndi Qayıbzadənin anadan olmasının 195 illiyinə həsr olunan respublika elmi konfransı keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hüseyn Əfəndi Qayıbzadə irsi – ənənə və maarifçilik kontekstində” adlı elmi konfrans dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında təşkil olunacaq.

Filialdan bildirilib ki, konfransın əsas məqsədi XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Hüseyn Əfəndi Qayıbzadənin zəngin elmi-pedaqoji irsini yenidən qiymətləndirmək, onun milli təhsil sistemimizin formalaşmasındakı rolunu geniş elmi ictimaiyyətə təqdim etmək, eyni zamanda, müasir dövrdə maarifçilik ideyalarının inkişaf istiqamətlərini elmi diskurslarda aktuallaşdırmaqdır. Qayıbzadənin pedaqoji görüşlərinin və maarifçilik fikirlərinin bu gün də öz elmi və sosial əhəmiyyətini qoruması, onun irsinin öyrənilməsini milli-mədəni yaddaşın möhkəmləndirilməsinə və müasir elmi araşdırmaların stimullaşdırılmasına mühüm töhfə kimi dəyərləndirməyə imkan verir.

Konfrans “Hüseyn Əfəndi Qayıbzadənin pedaqoji irsi və müasir təhsil elmlərində interpretasiyası”, “İslam maarifçiliyi və dini düşüncənin elmi-fəlsəfi inkişaf istiqamətləri”, “Dil, ədəbiyyat və mədəni irsin maarifçilik kontekstində filoloji təhlili”, “Müasir cəmiyyətin sosial-psixoloji transformasiyaları və mənəvi dəyərlərin qorunması” və “Humanitar elmlərdə multidisiplinar yanaşmalar: elm, cəmiyyət və milli kimlik kontekstində” bölmələrindən ibarət olacaq.

Əvvəlki Yazı

BDU tələbələri “Əsas Qanunun işığında- Konstitusiya” adlı hüquqi maarifləndirici vəsait hazırlayıblar

Növbəti Yazı

Azərbaycan və Özbəkistan arasında elm və innovasiyalar sahəsində inkişaf perspektivləri müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.