İyun 8, 2026-5:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Bruney liderləri bir-birilərini təbrik ediblər

2025:11:25 - 15:21
in SİYASƏT
A A
Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

“Report”un məlumatına görə, məktubda deyilir:

“Əlahəzrət,

Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.

Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram”.

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah da öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcəkdir.

Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və daha geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.

Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.

Əvvəlki Yazı

Kəlbəcər Şəhəri Günü çərçivəsində təşkil olunan sərgidə 44 foto nümayiş etdirilir

Növbəti Yazı

SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.