ABŞ Senatı ABŞ prezidentinin elçisi Steven Witkoffun gələn həftə Moskvaya planlaşdırılan səfərinə qədər Rusiya əleyhinə sanksiyalar paketinə baxılmasını dondurub. Bu barədə “Kyiv Post” məlumat yayıb.
Onun Respublikaçılar Partiyasındakı mənbələrinə görə, qanun layihəsinin qəbulunu ləngidə bilən yeganə amil ABŞ prezidenti Donald Trampın əhval-ruhiyyəsi olub. Onlar iddia edirlər ki, bu amil faktiki olaraq Vaşinqtonun bütün xarici siyasət qərarlarını müəyyən edir.
Nəşr qeyd edib ki, qanun layihəsinin qəbulunun ləngiməsi onu deməyə əsas verir ki, geosiyasi vəziyyətə nəzarət Konqresin deyil, diplomatik qurumların əlindədir. (Tass)
