Birləşmiş Ştatlar 19 ölkədən sığınacaq axtaran şəxslərə yaşıl kartların verilməsi qaydalarını nəzərdən keçirəcək. Bu barədə CNN ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə istinadən məlumat yayıb.
Sözügedən ölkələr Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Sierra Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreyadır. (TASS)
