BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu ABŞ-ı Venesuelanın suverenliyinə hörmət etməyə, silahlı qüvvələrini Karib hövzəsindən çıxarmağa və Bolivar Respublikasında sabitliyi pozmağa yönəlmiş gizli əməliyyatları dayandırmağa çağırıb. Bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun Teleqram kanalında dərc olunmuş bəyanatda deyilir.
“BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu Amerika Birləşmiş Ştatları Hökumətini Bolivar Venesuela Respublikasının suverenliyinə, o cümlədən onun hava məkanına hörmət etməyə, Karib hövzəsində Venesuelaya yaxın ərazidə yerləşən bütün silahlı qüvvələri dərhal geri çəkməyə çağırır – bəyanatda deyilir.
Sənəddə ABŞ hökumətinin təhdidləri və düşmənçilik fəaliyyəti nəticəsində Latın Amerikası və Karib hövzəsində vəziyyətin ciddi şəkildə pisləşməsindən dərin narahatlıq ifadə edilir. “De-fakto hava blokadasının tətbiqi, gündəlik hərbi təxribatlar və suveren dövlətə, Venesuela Bolivar Respublikasına qarşı güc tətbiqinə haqq qazandırmaq üçün saxta bəhanələrin uydurulması BMT Nizamnaməsinin ruhunu və hərfini açıq-aşkar və ciddi şəkildə pozur, beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirir və Amerika regionunda sabitliyi pozmağa təhdid edir. – bəyanatda deyilir.
BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu Venesuela xalqı və hökuməti ilə mütləq və sarsılmaz həmrəyliyini və “Venesuela xalqının öz siyasi, iqtisadi və sosial sistemini xarici müdaxilə, təxribat, zorakılıq və ya hərbi güc təhlükəsindən azad olaraq müəyyən etmək üçün ayrılmaz hüququnu” bəyan edir. (Tass)
