“Report” xəbər verir ki, forum Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilir.
Forumda nazirlik nümayəndələri, 3 mindən çox könüllü gənc və media nümayəndələri iştirak edir.
Tədbirin gedişatında “Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci il hesabatı” video-çarxı nümayiş etdiriləcək. Sonra isə 2025-ci il üzrə ilin könüllülərinin mükafatlandırılması baş tutacaq.
Qeyd edək ki, 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən 5 Dekabr tarixinin Beynəlxalq Könüllülər Günü elan edilməsi ilə əlaqədar artıq 7 ildir Azərbaycanda hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilir.
Bu il də dekabrın 4-17-də davam edəcək növbəti “Azərbaycan Könüllülük Həftəsi” təşkil olunub.
