Avqust 16, 2026-10:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib ŞƏRH

2025:12:04 - 17:57
in SİYASƏT
A A

Ermənistanda insan hüquqlarının pozulması, diktatura və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı repressiyalar bugünkü və ya dünənki hadisələr deyil. Bu, uzun illərdir Ermənistan siyasi dairələri tərəfindən erməni xalqına və ictimaiyyətin üzvlərinə qarşı aparılan qanunsuz və antidemokratik bir prosesdir. Təəssüf ki, həm əvvəlki illərdə, həm də son dövrlərdə baş verən bu proseslərə Qərb dairələri, xüsusilə Avropa İttifaqı ölkələri susqunluq nümayiş etdirir və Ermənistana qarşı heç bir əməli tədbir həyata keçirmirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib. Müxalifətin neytrallaşdırılması, müxalifət liderlərinə qarşı təqiblər, jurnalistlərin və blogerlərin həbs edilməsi kimi neqativ tendensiyalar müşahidə olunur. Bu, media azadlığının pozulması və jurnalistlərə qarşı haqsızlıqların, təqiblərin artması deməkdir. Hazırkı Paşinyan hakimiyyəti hətta kilsəyə qarşı müəyyən repressiv addımlar atmaqda davam edir. Din xadimlərinin və kilsənin təqib olunması Ermənistanın daxili gərginliyinin yüksək səviyyədə olmasının göstəricisidir, təəssüf ki, bu hallarla bağlı Qərb və Avropa İttifaqı ölkələrinin susqunluğu davam edir.

“Eyni zamanda, Nikol Paşinyan hakimiyyəti öz hərəkətlərini haqlı hesab edə bilər. Son dövrlərdə radikal və işğalçı meyilli qüvvələr Ermənistan daxilində aktivləşməkdədir və bu qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesində gərginlik yaratmağa çalışırlar. Kilsə və din xadimləri, müxalifət nümayəndələri və fəallar qarşıdan gələn parlament seçkilərində Paşinyanı zəiflətmək, onun elektoratını azaltmaq məqsədi güdürlər. N.Paşinyan da bu proseslərə adekvat olaraq sərt reaksiya göstərir. Lakin bu, insan hüquqlarının pozulması və qanunsuz hərəkətlər üçün əsas ola bilməz. Ermənistan hakimiyyəti bütün addımlarında qanunçuluğu təmin etməli, insan haqlarının və söz azadlığının pozulmasına, repressiyalara yol verməməlidir”, – deyə siyasi şərhçi vurğulayıb.

Əvvəlki Yazı

Ermənistanda seçkilər yaxınlaşdıqca sərt addımların artacağını proqnozlaşdırmaq olar ŞƏRH

Növbəti Yazı

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.